Press "Enter" to skip to content

Ali Məclisin yaz sessiyasının növbəti iclası

İclas zamanı

Son yeniləmə: 21 Aprel 2025

BAYRAQDAR MEDİA – Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının üçüncü iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) müzakirəsi olduğunu bildirib”.

Məlumata görə, gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini bildirib ki, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qanun layihəsi hazırlanıb və deputatlara paylanılıb: “Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılmasının təmin edilməsi, o cümlədən publik hüquqi şəxslərin əmlakı və idarəetməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi deputatlara təqdim olunub. Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da Ali Məclisin iclası başa çatıb. Qeyd edək ki, Ali Məclisdə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin tələbələri də plenar iclasda iştirak edib, iclasın gedişini izləyərək qanunvericilik prosesinin praktiki mərhələləri ilə tanış olublar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.