Press "Enter" to skip to content

Üç ay ərzində 145 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyi

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən 127551 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 145 min 137 xidmət göstərilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və nəticələr barədə müraciət edən şəxslərə məlumat verilib”.

Qeyd edilib ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətlərinin asanlaşdırılması, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə yaradılan 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən stasionar telefonla birbaşa zəng etmək olar. Mərkəz tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.