Mustafa Tuzcu: Şrkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir
BAYRAQDAR MEDİA – Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, qardaş ölkənin nümayəndə heyəti öncə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar: “Onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib. Sonra qonaqlar Xankəndində Qarabağ Universiteti ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalkı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər”.
Məlumata əsasən, qonaqlar Xankəndi şəhəri Zəfər medyanında da olub və burada aparılan tikinti- quruculuq işləri, yeni layihələrlə maraqlanıblar: “Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə start verilib. Türkiyə Ticarət Nazirinin müavini Mustafa Tuzcu da bildirib ki, Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək. Nazir müavini “Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik.” deyib”.
İlk şərhi yaza bilərsiniz