Press "Enter" to skip to content

Türk Obası açılır – VİDEO

Şəkildə sağdan birinci Yılmaz Okukludur

Yılmaz Okuklu: Türk Ticarət Mərkəzinə gələnlər özlərini vahid türk dünyasında hiss edəcəklər

BAYRAQDAR MEDİA – “Türk dünyasının daha da sıx inteqrasiyası, bütün sahələrdə bir olması üçün hər gün yeni addımlar atılır, yeni layihələr həyata keçirilir. Bu kontekstdə iqtisadi əməkdaşlıq baxımından atılan addımlar xüsusilə önəm kəsb edir. Sevindirici haldır ki, bu məsələdə də Azərbaycan öncüllük edir. Bakıda Türk Ticarət Mərkəzinin açılışı isə bu istiqamətdəki işlərin daha da intensivləşməsinə təkan verib”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Okuklu Holdinq”in direktoru və Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu deyib.

Türk çadırı
Türk çadırı

Məlumat üçün bildirək ki, Bakıda Türk Ticarət Mərkəzinin açılışı 2024-cü il dekabrın 5-də olub. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var. Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən və digər türk dövlətlərindən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.

Açılış mərasimində bəyan edildiyinə uyğun olaraq artıq Türk Ticarət Mərkəzində türk dövlətləri üçün Türk Obası da qurulub. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.

Yılmaz Okuklu qeyd edib ki, Azərbaycan türk dünyasının daha da güclənməsi üçün uğurlu siyasət həyata keçirir: “Eyni zamanda, bu gün türk dünyasının iqtisadi və ticarət baxımından qəlbi Bakıda döyünür. Çünki bizim təşəbbüsümüzlə və öncüllüyümüzdə Bakıda yaradılan Türk Ticarət Mərkəzi türk dünyasının iqtisadi və ticarət baxımından daha da birləşməsi üçün üzərinə götürdüyü mühüm vəzifənin öhdəsində layiqincə gəlmək üçün var gücü ilə çalışır”.

Qırğızıstan səfiri ölkəsinin ticarət obasına baxış keçirərkən
Qırğızıstan səfiri ölkəsinin ticarət obasına baxış keçirərkən

Yılmza Okuklu əlavə edib ki, artıq Türk Ticarət Mərkəzindəki Türk Obasında Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın ticarət obaları yaradılıb: “Hesab edirik ki, tezliklə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrin də ticarət obaları yaradılacaq. Onu da qeyd edim ki, aprelin 25-də Türk Obası və Türk Dövlətlərinin Ticarət Təmsilcilik Ofislərinin açılışı olacaq. Bu günlərdə isə Türk Ticarət Mərkəzində anlamlı bir görüş oldu. Görüşdə Qırğısıztanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, Türkmənistanın səfiri Gurbanmammet Elyasov, Qazaxıstan səfirliyinin müşaviri Sayan Kulzhanov iştirak etdi. Biz həmin görüşdə aprelin 25 ilə bağlı son hazırlıq məsələlərini müzakirə etdik”.

Y.Okuklu əlavə edib ki, bu məkan təkcə iqtisadi və ticarət əlaqələri üçün deyil, mədəni və digər sahələrdə də türk dünyasının vahid mərkəzi olacaq: “Türk Ticarət Mərkəzinə gələnlər özlərini vahid türk dünyasında hiss edəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.