Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində Kubanın səfiri ilə görüş

Səhiyyə Nazirliyində Kubanın səfiri ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. T.Musayev SN-in nümayəndə heyətinin 2023-cü ildə dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kubanın aparıcı tibb və əczaçılıq müəssisələrini ziyarət edərək onların fəaliyyəti ilə tanış olub. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə Kubanın İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”. Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edib”.

Daha sonra xəbərdə, “öz növbəsində K.E.Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib: “Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Kuba və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”. Dost ölkələrin səhiyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edən Kuba səfiri bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb” deyə qeyd edilir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.