BAYRAQDAR MEDİA – Aprelin 12-də Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, “Oman Xarici İşlər Nazirliyi qələmin qiymətinin 14,300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib”.
Bildirilib ki, “Qəribabadi qızıl qələmi təsadüfən cibinə qoyduğunu və qiymətini bilmədiyini açıqlayıb. O, dəyərli qələmi səfirlik vasitəsilə qaytaracağına söz verib. Hələlik isə qələmin geri qaytarıldığı və ya “müharibə qəniməti” kimi saxlanıldığı bəlli deyil”.
İlk şərhi yaza bilərsiniz