Fazil Mustafa: Regionla bağlı olmayan ölkələrin proseslərə dağıdıcı şəkildə müdaxilə etməsi qəbuledilməzdir
BAYRAQDAR MEDİA – “Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq Forum bir çox məqamlarla yadda qaldı. Cənab Prezidentin forumdakı çıxışı isə hələ uzun müddət müzakirə ediləcək”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu sırada cənab Prezidentin bəz Batı ölkələri ilə bağlı tənqidi fikirlərinin üzərində xüsusi dayanmaq vacibdir: “Hesab edirəm ki, Forumda Azərbaycan Prezidenti bəzi Batı ölkələri ilə bağlı tənqidlərində tamamilə haqlıdır. Batının Güney Qafqaz və ya hər hansı digər regionun işlərinə müdaxiləsi, bir dövləti digər dövlətə qarşı dəstəkləməsi ilə sabitliyi və təhlükəsizliyi təmin etmək mümkün deyil. Ümumiyyətlə, regionla bağlı olmayan ölkələrin proseslərə dağıdıcı şəkildə müdaxilə etməsi qəbuledilməzdir. Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan dünyanın bütün ölkələri ilə, o cümlədən Bayden-Blinken adminstrasiyasının təqsiri üzündən ən dərin böhrana uğrayan ABŞ-la da qarşılıqlı hörmət və faydalılığa əsaslanan normal münasibətlərin qurulmasında maraqlıdır və Tramp adminstrasiyası dövründə yəqin ki, hər iki tərəfin səyləri nəticəsində münasibətlərimizin yaxşılaşmasının şahidi olacağıq”.
İlk şərhi yaza bilərsiniz