Press "Enter" to skip to content

Azərbaycan idmançılarının Estoniyada uğuru

Azərbaycan idmançılarının Estoniyada uğuru

BAYRAQDAR MEDİA – Aprelin 12-13-də Estoniyanın Tallin şəhərində keçirilən Klublararası Avropa çempionatı Azərbaycan taekvondoçuları uğurlu çıxışları ilə yadda qalıb. Yarışda Azərbaycanı “Altay” TK, “Atlet” TK və Mübariz taekvondo klublarının üzvləri təmsil ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kiçikyaşlı yeniyetmələr arasında keçirilən yarışlarda Azərbaycan idmançıları Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq), Fərid Məlikli (24 kq) qızıl, Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq), Əjdər Qalabəyov (36 kq) bürünc medallara layiq görülüblər”.

“Altay” taekvondo klubunun təmsilçiləri ümumi hesabda iki qızıl medalla II pillədə qərarlaşaraq kuboka layiq görülüblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.