BAYRAQDAR MEDİA – Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “azərbaycanlı atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib. Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb”.
İlk şərhi yaza bilərsiniz