BAYRAQDAR MEDİA – Karsda, Arpaçay rayonunun Taşbaşı, Çanaksu və Doğruyol kəndlərində səhər saatlarından başlayan qar qısa müddətdə kəndləri ağ örpəyə bürüyüb. Yazın ortasında yağan qar kəndləri yenidən qış fəslini qaytarıb.
Bu barədə karsmanset.com saytı məlumatb yayıb.
Bildirilib ki, “qarın yağması ilə açıqcaya bənzər mənzərələr yaranıb. Kənd sakinləri aprel ayında yağan qardan təəccübləndiklərini və havaların yenidən soyuması ilə qış şəraitinin gündəlik həyata təsir göstərməyə başladığını bildiriblər. Digər tərəfdən, Arpaçay rayon mərkəzində günəşli və yaz havası hökm sürür. Arpaçay baharı bütün yaşıl çalarları ilə qarşılayarkən, qışın ağı kəndlərindəki kameralara əks olunub”.
İlk şərhi yaza bilərsiniz