Press "Enter" to skip to content

Antalya millət vəkili ilk dəfə dövlət protokoluna qatılıb 

Açılış zamanı

BAYRAQDAR MEDİA – Ötən həftə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Antalya Hava Limanında yeni daxili və xarici terminal binalarının açılışını edib.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “açılış lentini kəsənlər arasında CHP-dən seçilən, daha sonra Gələcək Partiyasından AKP-yə keçən Antalya millət vəkili Serap Yazıcı Özbudun da olub. O, Antalya millət vikili kimi ilk dəfə dövlət protokoluna daxil edilib”.

Məlumata görə, Recep Tayyip Erdoğam çıxışında Antalya Hava Limanında sərnişin tutumunun 35 milyondan 82 milyona yüksəldildiyini bildirib: “Təxminən 927 milyon avro investisiya tələb edən bu layihəni dövlət-özəl sektor tərəfdaşlığı modeli çərçivəsində dövlət xəzinəmizdən bir qəpik də xərcləmədən həyata keçirdik”.

Açılış mərasimində nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, KKTC Cümhurbaşqanı Ersin Tatar, KKTC Baş naziri Ünal Üstel, çox sayda nazir, millət vəkili və dəvətlilər iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.