Press "Enter" to skip to content

Türkiyəli qonaqlar Xankəndi və Xocalıda

Türkiyəli qonaqlar Xankəndi və Xocalıda

BAYRAQDAR MEDİA – Türkiyənin Kayseri şəhər rəhbərliyi, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin rektorları, siyasi partiyaların Kayseri şəhər təşkilatlarının rəhbərləri və Kayseridən seçilmiş millət vəkillərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Səfər çərçivəsində qonaqlar Xankəndidə, Qarabağ Universitetində və Xocalıda olub. Qonaqları Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Onlar Xankəndidə gedən yenidənqurma işlərini Zəfər meydanından izlədikdən sonra Qarabağ Universitetində tələbə heyəti ilə görüş keçirib”.

Qonaqlar daha sonra Xocalı rayonuna səfər edib, orda aparılan tikinti-bərpa işləri ilə tanış olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.