Press "Enter" to skip to content

Qəbələ-Xankəndi ultramarafonu yekunlaşıb

Qəbələ-Xankəndi ultramarafonu yekunlaşıb

BAYRAQDAR MEDİA – Qəbələ-Xankəndi ultramarafonunda qaliblər müəyyənləşib. Bu münasibətlə şəhərdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Qəbələdən başlayan yarış Xankəndidə başa çatıb. Ultramarafon iştirakçıları bir neçə rayonunun ərazisindən keçərək 192 kilometr məsafə qət edib. Ağdamdan başlayan son mərhələnin qalibi kişilər arasında türkiyəli Ömer Alkanoğlu olub. Onun həmyerlisi Üzeyir Söylemez və gürcüstanlı Giorgi Lomidze 2-ci və 3-cü yerləri tutub. Qadınların mübarizəsində isə türkiyəli Hasibe Demir bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Ukraynalı Olena Şevçenko 2-ci, Azərbaycan təmsilçisi Leyla Abdinova 3-cü olub”.

Sonra xəbərdə, “dörd mərhələnin nəticəsinə əsasən Ü.Söylemez və O.Şevçenko yarışın baş mükafatına (4 min manat) layiq görülüb. İkinci yeri tutan Ö.Alkanoğlu və H.Demir 3 min, üçüncü olan G.Lomidze və rusiyalı Mariya Kalpakova 2 min manata sahib çıxıblar. Qalibləri təbrik edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara uğurlar arzulayıb” deyə bildirilir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən başlayıb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub. İştirakçılar Qəbələdən Ağdaşa 55, Ağdaşdan Bərdəyə 65, Bərdədən Ağdama 44, nəhayət Ağdamdan Xankəndiyə 28 kilometr məsafə qət ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.