Prof. Dr. Mahmud Güngör: Heç kəsi kənara qoymayacağıq
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladığı təyinatların da yer aldığı 10 aprel 2025-ci il tarixli Resmi Gazetedə dərc olunan qərarla Mahmud Güngör Pamukkale Universitetinin rektoru vəzifəsinə təyin edilib. Dr. Mahmud Güngör üçün rektorluqda təhvil-təslim mərasimi keçirilib.
Bu barədə haber.pau.edu.tr saytı məlumat yayıb.
Məlumata görə, Rektorluqda keçirilən təhvil-təslim mərasimində çıxış edən keçmiş rektor Prof. Dr. Ahmet Kutluhan bunları söyləyib: “2021-ci ilin yanvarında başladığım vəzifə bu gün başa çatıb. Hörmətli Mahmud müəllimimizin həm sahə, həm də universitet təcrübəsi var. Bu vəzifəni ona təhvil verməkdən məmnunuq. Pamukkale Universiteti üçün əlimizdən gələni etdik. Bundan sonra Mahmud müəllimimiz əlindən gələni edəcək. Onun hüzurunda bildirmək istərdim ki, biz həmişə onun yanında olacağıq. Ümid edirəm ki, həm Universitetimizə, həm YÖK ictimaiyyətinə, həm Denizliyə, həm də ölkəmizə uğurlar gətirəcək. Çox sağ olun”.
Rektor Prof. Dr. Mahmud Güngör isə çıxışında bunları qeyd edib: “Əvvəlki dövrdə rektor vəzifəsini icra edən Prof. Dr. Ahmet Kutluhanın özünün dediyi kimi 5 ilə yaxın bütün gücü ilə Universitetimizə xidmət etdiyini hamımız şahidi oluruq. İndiyə qədər göstərdiyi xidmətlərə görə sizin hüzurunuzda ona təşəkkür etmək istəyirəm. Sizə söz verirəm ki, biz və komandamız ondan bizə miras qalan bayrağı bütün gücümüzlə daha da yüksək səviyyələrə daşıyacağıq”.
Rektor həmçinin “Biz heç kimi kənara qoymayacağıq. Əvvəlki rektorlarımızdan Universiteti sağlam düşüncə ilə necə idarə etmək barədə əldə etdiyimiz təcrübələri əlavə edərək xidmətlərimizi davam etdirəcəyik. İlk öncə Ahmet müəllimimizə və dəyərli köməkçilərimizə, şöbə müdirlərimizə, əməkdaşlarımıza və akademik dostlarımıza təşəkkür edirəm” deyə əlavə edib.
Mərasim gül-çiçək təqdim olunduqdan və xatirə şəkli çəkdirildikdən sonra başa çatıb.
İlk şərhi yaza bilərsiniz