BAYRAQDAR MEDİA – Aprelin 12-də Milli Məclisin deputatı Azər Allahverənovun Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinlərinin qəbulu keçirilib.
BAYRAQDAR MEDİA xəbər verir ki, qəbulda iştirak edən zabratlılar sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən qəsəbədə asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançasının və istirahət parkının salınması, məhəllədaxili küçələrdə abadlıq işlərinin yerinə yetirilməsi, məşğulluq imkanlarının artırılması, həssas qruplardan olan şəxslərə dövlət hesabına hüquqi dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Bütün müraciətlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.
Müəyyən izahatlar verildikdən sonra qəbula gələn vətəndaşlara əminliklə bildirilib ki, hər zaman olduğu kimi, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımların atılması üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ediləcəkdir.
İlk şərhi yaza bilərsiniz