Press "Enter" to skip to content

Kral Artura aid tarixi əlyazma tapılıb

Kral Artura aid tarixi əlyazma tapılıb

BAYRAQDR MEDİA – Kembric Universiteti martın 25-də verdiyi açıqlamada Kral Artur əfsanəsi ilə bağlı önəmli bir tarixi sənədi ictimaiyyətlə paylaşıb. Sözügedən əlyazma Kral Arturun qədim fransızca ilə qələmə alınmış hekayələrinin “Suite Vulgate du Merlin” kimi tanınan versiyasına aiddir.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Bildirilib ki, sənədlər 2019-cu ildə Kembricdəki bir kitabxanada təsadüfən tapılıb, köhnə kitabın cildində istifadə olunub. Universitetin açıqlamasına görə, əlyazma 1500-cü illərdə dövrün əmlak qeydlərinin cildində istifadə edilmək üçün kəsilib, qatlanıb, tikilib və ciddi şəkildə zədələnmiş formada mühafizə olunub. Ancaq müasir texnologiyalar sayəsində alimlər onun məzmununu rəqəmsal şəkildə parçaya zərər vermədən redaktə etməyi bacarıb. Mətnlər multispektral görüntüləmə, kompüter tomoqrafiyası və 3D modelləşdirmə üsullarından istifadə edilməklə skan olunub və rəqəmsal “yapboz” kimi yığılıb. Beləliklə, sənədlərin təfərrüatlı məzmunu üzə çıxıb.

Tədqiqata rəhbərlik edən mütəxəssislər sənədin 1275-1315-ci illər arasında yazıldığını və dövrün zadəgan təbəqəsini cəlb edən Artur əfsanələrinin bir hissəsi olduğunu izah edib. Universitet rəsmiləri qeyd edib ki, hər bir əlyazma əl ilə çoxaldıldığı üçün unikaldır və bu cür detallar sənədlərin mənşəyinin araşdırılmasında böyük əhəmiyyət kəsb edir. Hazırda Kembric Universitetinin Kitabxanasında saxlanılan sənəd rəqəmsallaşdırıldıqdan sonra tədqiqatçıların ixtiyarına veriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.