Press "Enter" to skip to content

İmtahanda 60 nəfər sağlamlıq imkanları məhdud şagird iştirak edib

BAYRAQDAR MEDİA – Aprelin 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 60 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Məlumata görə, onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.