BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 260 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 3 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 21-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
İlk şərhi yaza bilərsiniz