Press "Enter" to skip to content

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

BAYRAQDAR MEDİA – Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026-cı, 2026-2027-ci, 2027-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı xərcləri 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qanunda edilən dəyişiklik işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədini daşıyır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.