BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin(İH) növbəti toplantısı keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, “toplantıda AQC nümayəndə heyətinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri qiyməndiricilərinin IV Konqresində iştirakı, eləcə də AQC sədri Vüqar Orucun Türkiyədə qardaş ölkənin dövlət bankları – Vagıf Bank , Halk Bank, qiymətləndirmə sektoru və media nümayəndələri ilə görüşləri yüksək qiymətləndirilib, AQC-nin beynəlxalq əlaqələrinin yüksək templə inkişafı təqdir olunub. AQC üzvü olan və strukturlarda təmsil olunan şirkət və şəxslərin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub”.
Məlumata görə, AQC-nin VIII konfransına hazırlıq üzrə AQC İH-də Təşkilat Komitəsi yaradılıb və AQC sədrinin 1-ci müavini Fərid Rüstəmov TK-nın sədri seçilib: “AQC İH 15 aprel 2028-ci il tarixinə AQC Bank Ekspertlər Şurasının toplantısının çağırılması barədə qərar verib. AQC İH təşkilatın Nizammnaməsinə uyğun olaraq 5.11 maddəsini əsas götürməklə 19 iyul 2024-cü il tarixli saxta konfransda iştirak edən bəzi üzvləri AQC sıralarından kənarlaşdırılıb, təşkilat sıralarına yeni üzvlər qəbul olunub. Toplantının sonunda cari məsələlər müzakirə edilib”.
İlk şərhi yaza bilərsiniz