BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər. Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər”.
İlk şərhi yaza bilərsiniz