BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 114,33 milyon manat və ya 8,41 faiz artım qeydə alınıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,71 milyon manat və ya 11,53 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 103,75 milyon manat və ya 12,05 faiz artımla olub”.
İlk şərhi yaza bilərsiniz