Press "Enter" to skip to content

İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirin açılışında Türkiyənin ticarət naziri Ömər Bolat və İƏİT-nin baş katibi Matias Korman çıxış ediblər.Qeyd olunub ki, İƏİT tərəfindən bu mövzuda ilk dəfə təşkil edilən Forumun keçirilməsində məqsəd regional proqramların təsirini gücləndirmək, birgə prioritetlərə dair əməkdaşlığı təşviq etməkdir”.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Forumun “Çoxtərəfli dəhlizlər: Ticarət və nəqliyyat əlaqələrinin artırılması” mövzusunda panelində çıxış edib: “Paneldə regional dəhlizlərin rəqabət qabiliyyətini və effektivliyini artırmaq sahəsində Azərbaycanın gördüyü işlər haqqında məlumat verilib. Vurğulanıb ki, ölkəmiz yol, dəmir yolu, liman və hava nəqliyyatı infrastrukturuna sərmayə qoyuluşunu prioritetləşdirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,Ələt Azad İqtisadi Zonası, azad edilmiş ərazilərimizdə yeni hava limanları və s. buna misaldır. Füzuli, Zəngilan və Laçın daxil olmaqla yeni bölgələr ölkəmizin logistika xəritəsinə inteqrasiya edilir. Qeyd olunub ki, ölkəmiz gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına investisiya yatırır, bu istiqamətdə yeni texnologiyalar tətbiq olunur”.

Çıxışda o da bildirilib ki, Azərbaycan beynəlxalq və regional qurumlar çərçivəsində nəqliyyat və ticarət sahəsində qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirir: “Türk Dövlətləri Təşkilatı (TDT), SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və region ölkələri ilə əməkdaşlıq üzrə bu istiqamətdə görülən işlər vurğulanıb. Tədbirdə Azərbaycanın digər ölkələrlə investisiya işbirliyini genişləndirmək üçün həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, SPECA Çoxtərəfli Etimad Fondu, TDT çərçivəsində yaradılmış Türk İnvestisiya Fondu, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları sərhəd ticarətini dəstəkləmək, logistika infrastrukturunu müasirləşdirmək və prioritet layihələrin maliyyələşdirilməsinə yönəlib. Panel iştirakçıları həmçinin, logistika, nəqliyyat və sənaye zonaları ilə əlaqəli birbaşa xarici investisiyalar üçün tətbiq edilən stimullar haqqında məlumatlandırılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur ƏliyevForumda iştirak çərçivəsində İƏİT-nin Avrasiya şöbəsinin rəhbəriVilyam Tompsonla görüşüb. Görüşdə ölkəmizin beynəlxalq qurumla əməkdaşlığının gündəliyində olan məsələlər barədə müzakirə aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.