Press "Enter" to skip to content

İlham Əliyev Antalyada KKTC Cümhurbaşqanı ilə görüşüb

Ersin Tatar və İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar ilə görüşü olub.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Xəbərə əsasən, “söhbət zamanı İlham Əliyevlə Ersin Tatar arasında ölkədə və beynəlxalq çərçivədə keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı. İlham Əliyev Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi”.

Bildirilib ki, “Ersin Tatar dövlət başçısına Kuzey Kıbrıs Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.