Press "Enter" to skip to content

Iğdır valisi Qarabağ Kilim Atelyesində olub

Qarabağ Kilim Atelyesi

BAYRAQDAR MEDİA – İğdır valisi Ercan Turan və həyat yoldaşı Nilüfer Baykal Turan, həmçinin digər qonaqlar İğdır Valiliyinin dəstəyi ilə qurulan Qarabağ Kilim Atelyesini ziyarət ediblər.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, vali E.Turan və başçılıq etdiyi nümayəndə heyəti emalatxanada böyük diqqət və zəhmətlə çalışan qadınlarla görüşüb, ənənəvi Qarabağ xalçalarının toxunma prosesini yaxından araşdırıb: “Köklü yun iplərlə tikiş-tikiş toxunan bu nadir əsərlər canlı rəngləri və özünəməxsus motivləri ilə görənləri valeh edib. Vali Ercan Turan səfər zamanı qadınların məharətli əlləri ilə meydana çıxan bu mədəni irsin qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.