BAYRAQDAR MEDİA – İğdır Universiteti tələbələri üçün təşkil etdiyi karyera söhbətləri ilə gələcəyə hazırlanmalarına dəstək olmağa davam edir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “sonuncu dəfə Medico Sosial Binası 8 Sentyabr Şəhidləri Konfrans Salonunda keçirilən söhbət sıx iştirakla qarşılanıb. Söhbətə Iğdır valisi Ercan Turan, İğdır Universitetinin rektoru Prof. Dr. Mehmet Hakkı Alma, vali müavini Akın Oruç, İl Təhlükəsizlik Müdiri Niyazi Turqay, İl Jandarma Komandiri Polkovnik Nihat Özkök, akademiklər və çox sayda tələbə qatılıb”.
Məlumata görə, vali Ercan Turan müsahibədə dünyada və Türkiyədə baş verən aktual hadisələrlə bağlı mühüm qiymətləndirmələr edib: “Vali Turan tələbələrə karyera səyahətlərində bələdçilik edəcək tövsiyələr verib. O, “Qlobal və yerli inkişafları yaxından izləyin və tənqidi düşünmə bacarıqlarınızı inkişaf etdirin. Siz ölkəmizin gələcəyini formalaşdıracaq nəsilsiniz. Ona görə də qarşılaşa biləcəyiniz hər hansı problemə hazır olmaq lazımdır” deyib”.
İlk şərhi yaza bilərsiniz