Press "Enter" to skip to content

Devlet Bəy Köşkünün tikintisi başa çatıb

Devlet Bahçeliyə hədiyyə edilən malikanənin maketi MHP Qərargahında nümayiş etdirilir

BAYRAQDAR MEDİA – Bitlis Ahlatda MHP sədri Devlet Bahçeli tərəfindən inşa edilən və Ağqqoyunlu bəylərindən Əmir Bayındır bin Rüstəmin dəfn olunduğu türbənin memarlığı əsasında inşa edilən Əmir Bayındır Malikanəsi Devlet Bəy Köşkünün tikintisi başa çatıb.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Məlumata görə, D.Bahçelinin göstərişi ilə 2023-cü ilin aprel ayında tikintisinə başlanan və memarlığını MHP Mərkəzi İdarə Heyətinin üzvü Hayri Bulut tərəfindən edilən malikanə Səlcuqlu memarlığından ilhamlanıb: “Bölgədən xüsusi olaraq gətirilən Ahlat daşından istifadə edilməklə ənənəvi kobud yonulmuş daş emalı texnikası ilə inşa edilən malikanənin tikintisi 18 ay çəkib.

D.Bahçeli Əmir Bayındırın nəslindən olduğu üçün malikanənin hüney tərəfində 1481-ci ildə Ağqoyunlu bəylərindən Əmir Bayındır bin Rüstəmin dəfn olunduğu Əmir Bayındır türbəsinə bənzəyən iki mərtəbəli bina var. Türbənin aşağı hissəsində böyük qəbul zalı, yuxarı hissəsində isə divanlı oturma sahəsi olan əsas otaq var. Köşkün girişində canavar fiqurları və Səlcuq qartalı, quzey hissəsində isə aypara şəkilli qonaq otaqları var”.

Məlumata görə, memar Hayri Bulut tərəfindən MHP sədri Devlet Bahçeliyə hədiyyə edilən malikanənin maketi MHP Qərargahında nümayiş etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.