Press "Enter" to skip to content

Çin kosmosa rabitə sınaq peyki buraxıb

Çin kosmosa rabitə sınaq peyki buraxıb

BAYRAQDAR MEDİA – Çin rabitə texnologiyası sınaqlarında istifadə edilmək üçün kosmosa peyk göndərib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Çin kommunikasiya texnologiyalarında istifadə olunacaq 17 nömrəli sınaq peykini Xichang Peyk Göndərmə Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə orbitə çıxarıb. Peyk kosmosda əvvəllər müəyyən edilmiş orbitinə uğurla daxil olub.

17 saylı sınaq peyki çox tezlik diapazonunda və yüksəksürətli peyk rabitəsi texnologiyasında yoxlama əməliyyatları üçün istifadə olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.