Press "Enter" to skip to content

Beynəlxalq Sarayevo Kitab Sərgisi 36-cı dəfə qapılarını kitabsevərlərin üzünə açıb

Beynəlxalq Sarayevo Kitab Sərgisi 36-cı dəfə qapılarını kitabsevərlərin üzünə açıb

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 200-dən çox nəşriyyatın iştirakı ilə keçirilən 36-cı Beynəlxalq Sarayevo Kitab Sərgisi açılıb.

BAYRAQDAR MEDİA-nın “Anadolu” Xəbər Agentliyinə istinadən məlumatına görə, aprelin 14-dək Skenderiya Mədəniyyət və İdman Mərkəzində açıq olacaq sərgidə bir çox nəşriyyatlar kitabsevərləri öz stendlərində gözləyir.

“Məni oxu” mövzusu ilə təşkil olunan yarmarkada “Kitab, yaddaş, media” mövzusunda dəyirmi masalar da keçiriləcək. Dəyirmi masa görüşlərinin məqsədi media mədəniyyətinin cəmiyyətə tanıdılması və həyata keçirilməsində rollar, statuslar və strateji perspektivləri müzakirə etməkdir.

Qeyd edək ki, uşaqlar üçün fəaliyyətlərin də yer aldığı tədbirdə müəlliflər və rəssamlar kitabsevərlərlə görüşəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.