Press "Enter" to skip to content

Bakıda oğurluq edən şəxslər saxlanılıb

Bakıda oğurluq edən şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Binəqədi rayonu ərazisində bir nəfərə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənə 14 min manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı B.Allahverdiyev və 35 yaşlı C.Quliyev müəyyən olunaraq saxlanılıb. Bundan başqa, Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 380 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 53 yaşlı F.Vəliyevin saxlanılması da təmin edilib. Araşdırmalar aparılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.