Press "Enter" to skip to content

AZAL və Moldova nümayəndələri arasında görüş

AZAL və Moldova nümayəndələri arasında görüş

BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova nümayəndə heyəti arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətidən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə AZAL QSC-nin Prezidenti Samir Rzayev, Moldova Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldovanın nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”.

Sonra xəbərdə, “S.Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır. V.Bolea və A.Esaulenko AZAL ilə əlaqələri yüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər” deyə bildirilir.

Qeyd edək ki, Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 min 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 min 180 sərnişin daşınıb.

Hər iki tərəf reyslərin artırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan və Moldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfə verəcəyinə əminliklərini ifadə edib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.