Press "Enter" to skip to content

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri başlayıb

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri başlayıb

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında gənc rejissor Fuad Cavadzadənin quruluşunda Azərbaycan SSRİ Əməkdar artisti Kərim Həsənovun “Sehirli yaylıq” səhnə əsəri əsasında balaca tamaşaçılar üçün maraqlı, fantastik, sehirli və macəralarla dolu olan rəngarəng tamaşanın məşqlərinə başlanılıb.

Xəbərdə deyilir ki, “yeni səhnə əsərinin quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Tamaşada əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Mətləb Səfərli, Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov çıxış edəcək”.

Qeyd edək ki, tamaşa may ayında təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.