Press "Enter" to skip to content

Pakistanda beynəlxalq forum keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Səfər çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqivədağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb. Qeyd edək ki, ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən “AzerGold” QSC mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.