BAYRAQDAR MEDİA – Öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq millət vəkili Elçin Mirzəbəyli növbəti vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə Ağsu şəhərində, Ağsu Rayon Təhsil Sektorunun binasında gerçəkləşdirib.
Deputat bildirib ki, vətəndaş müraciətlərində yer alan məsələlərin bir hissəsi yerli və regional təsisatların dəstəyi ilə yerindəcə həll olunub, digər müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.
E.Mirzəbəyli vətəndaş qəbuluna verdikləri dəstəyə görə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini S.Mirzəliyevaya, İcra Hakimiyyətinin məsul əməkdaşı Umud Cavidə, Ağsu Rayon Təhsil Sektorunun müdiri Natiq Heydərova minnətdarlığını bildiririb.
İlk şərhi yaza bilərsiniz