Press "Enter" to skip to content

Memar Sinanın doğulduğu ev muzey olacaq

Memar Sinanın doğulduğu ev muzey olacaq

BAYRAQDAR MEDİA – Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə planlaşdırılan protokol çərçivəsində əsərləri əsrlərdir ayaqda duran Memar Sinanın doğulduğu Ağırnasdakı evinin muzeyə çevriləcəyini açıqlayıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Anadolu” Xəbər Agentliyi məlumat ppaylaşıb.

M.Büyükkılıç verdiyi yazılı açıqlamada M.Sinanın evinin lazımi restavrasiyadan sonra muzeyə çevrilməsi üçün iş aparıldığını bildirib. Ağırnas məhəlləsinin əhəmiyyətinə diqqət çəkən bələdiyyə başçısı “Memar Sinanın doğulduğu Ağırnas dünyaya xitab edən bir yanaşma ilə ümumbəşəri mədəniyyəti gələcəyə daşıyan bir şəhərdir. Memar Sinanı anlamaq üçün onun fəlsəfəsini gələcəyə daşımaq lazımdır. Hamımız Kültepe, Koramaz və Ağırnasın hər binasının, hər daşının, hər küçəsinin anlamlandırılması üçün çalışmalıyıq. Hər kəsin Memar Sinanın yaşadığı Ağırnası görməyə gəlməsi lazımdır”.

M.Sinanın təkcə Türkiyə üçün deyil, dünya üçün də önəmli olduğunu vurğulayan M.Büyükkılıç, Sinanın məktəblərdə uşaqlara verilən təhsillə gələcəyə daşınması lazım olduğunu qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.