Press "Enter" to skip to content

Əvvəl konsert sonra təqdimat

BAYRAQDAR MEDİA – Aprelin 10-da Park Cinemada Özbəkistanın məşhur filmlərindən olan “Çımıldık”ın təqdimatı keçiriləcək.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində məşhur özbəkistanlı müğənni Dadaxon Obidovun konserti, ikinci hissədə isə filmin təqdimatı olacaq.

Məlumata əsasən, konsert zamanı sevilən müğənni Dadaxon Obidov azərbaycanlı fanatları üçün ən məşhur mahnılarını ifa edəcək.

Təqdimat çərçivəsində isə ulduzlarla görüş reallaşacaq. Bu zaman tamaşaçılar filmdə rol almış aktyorlarla selfi çəkdirə, söhbət edə və birlikdə əylənə biləcəklər.

Məlumat üçün bildirək ki, filmin süjet xətti iki gəncin başına gələnlərdən ibarətdir. Belə ki, Tahir və Zührə boşanmaq istəsələr də, hər səhər sirli şəkildə toy çadırında – çimıldıkda oyanırlar. Bu hadisənin səbəbini anlamaq və bütün sirrləri açmaq üçün onlar əllərindən gələn hər şeyi edirlər… Hətta ekstrasensə müraciət edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.