Qırğızıstan və Özbəkistan ticarət həcmini 2 milyard dollara çatdırmağı planlaşdırır
BAYRAQDAR MEDİA – Orta Asiya-Avropa Birliyi (AB) Sammitində iştirak edən Qırğızıstan nümayəndə heyəti Özbəkistanda bəzi görüşlər keçirib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov və Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Əkrəm Əliyevlə ikitərəfli görüşlər keçirib: “Görüşdə ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş məsələlər və layihələr müzakirə edilib. Nazirlər xüsusilə ticarət həcminin 2 milyard dollara çatdırılmasını müzakirə ediblər. Eyni zamanda, nazirlər nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsi sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. İki ölkə arasında birgə investisiya və sənaye layihələrinin həyata keçirilməsi imkanları qiymətləndirilib”.
İlk şərhi yaza bilərsiniz