Press "Enter" to skip to content

Elnur Əliyev UNECE-nin 71-ci sessiyasında iştirak edib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Cenevrədə keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) “Dayanıqlı gələcək üçün iqlim fəaliyyəti və davamlı infrastruktur” mövzusunda 71-ci sessiyası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə qlobal ətraf mühit problemləri ilə əlaqədar birgə səylər, iqlim dəyişmələrinin nəticələrini azaldan, gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz infrastruktur sistemlərini dəstəkləyən innovativ həllərin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə regional tərəfdaşlığın, hökumətlər, beynəlxalq təşkilatlar və biznes nümayəndələri arasında əməkdaşlığın önəmi qeyd edilib”.

Məlumata görə, tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Macarıstan nümayəndə heyətləri adından Birgə Bəyanatla çıxış edib: “Bəyanatda Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat marşrutu kimi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, coğrafi mövqeyinə və infrastruktur potensialına görə bu dəhlizdə yer alan ölkələr tərəfindən Cenevrədəki daimi nümayəndəliklər arasında Orta Dəhliz Qrupu yaradılıb. Qrupun yaradılmasında məqsəd Orta Dəhlizin səmərəli fəaliyyətinin beynəlxalq səviyyədə təşviqi, potensialının tam reallaşdırılması və yaşıl enerjiyə keçidin sürətləndirilməsidir. Qeyd olunub ki, innovasiya və investisiyaların artırılması, ticarətin genişləndirilməsi üçün prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi regional əməkdaşlığı daha da gücləndirəcək”.

Sessiya çərçivəsində qlobal iqlim gündəliyinə uyğun olaraq yüksək səviyyəli dialoq, panel iclas və dəyirmi masalar keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.