Press "Enter" to skip to content

“DOST”a direktor təyin edilib

Elnarə Ənsari

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, “Elnarə Ənsari 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit fakültəsi üzrə təhsil alıb. 2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini işləyib”.

Məlumata görə, Elnarə Ənsari 2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.