Press "Enter" to skip to content

AZTV-nin əməkdaşına vəzifə verilib

AZTV-nin əməkdaşına vəzifə verilib

BAYRAQDAR MEDİA – Azərbaycan Televiziyasının əməkdaşı, hərbi jurnalist Anar Şuşalı Qarabağda vəzifəyə təyin edilib.

Məlumata görə, o, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarını əhatə edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Uzun müddət hərbi layihələr hazırlayan və Vətən müharibəsi zamanı çəkilişlərdə mərmi qəlpəsi yarası alan A.Şuşalı, 2019-cu ildən AZTV-də baş redaktorun müavini, daha sonra isə qrup rəhbəri kimi çalışıb.

AZTV-yə qədər müxtəlif televiziya kanallarında fəaliyyət göstərən A.Şuşalı, jurnalistlik karyerasına 2004-cü ildə “Lider” televiziyasında başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.