Press "Enter" to skip to content

Azərbaycan Prezidentinin çıxışı KKTC-də sevinclə qarşılanıb

Ersin Tatar

Ersin Tatar: KKTC-yə göstərdiyi güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın paytaxtı Bakıda aprlein 9-da ADA Universitetində keçirilən və 44 ölkədən 80-dən çox mütəxəssisin iştirak etdiyi “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatı alqışlayıb.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Məlumata görə, Ersin Tatar Preizdent İlham Əliyevin konfransdakı çıxışında “Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın” açıqlamasından məmnunluq duyduğunu deyib.

Ersin Tatar “Biz Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından çox məmnunuq. KKTC-yə göstərdiyi güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Sevinirik ki, eyni xalqın ayrılmaz hissəsi olan Azərbaycanla qəlb birliyimiz, dəyərlərimiz, əlaqələrimiz getdikcə artır. Mən Prezident Əliyevə verdiyi bəyanatlara görə bir daha təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız və əməkdaşlığımız əbədi olaraq davam edəcəkdir” deyə bəyan edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.