BAYRAQDAR MEDİA – Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
İlk şərhi yaza bilərsiniz