BAYRAQDAR MEDİA – 29-30 may 2025-ci il tarixlərində Qazaxıstanın paytaxtında dünya liderlərini, ekspertləri, investorları və biznes nümayəndələrini bir araya gətirən regionun ən böyük biznes tədbiri olan Astana Beynəlxalq Forumu (AIF2025) keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “Forumun proqramı dövrümüzün əsas çağırışlarını əhatə edir. Forum plenar sessiya və 25 müzakirə platformasını əhatə edir. Tədbirdə dünyanın hər yerindən 600-ə yaxın xarici qonağın, o cümlədən aparıcı siyasətçilər, beynəlxalq təşkilatların, korporasiyaların rəhbərləri, investorlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir”.
Qeyd edilib ki, 2025-ci ildə AİF qlobal gündəliyin üç əsas sahəsinə diqqət yetirəcək. Bunlar xarici siyasət və beynəlxalq təhlükəsizlik, enerji və iqlim dəyişikliyi, həmçinin iqtisadiyyat və maliyyə sahələridir”.
İlk şərhi yaza bilərsiniz