BAYRAQDAR MEDİA – Bədnam Evin zindanında saxlanılan Güney Azərbaycanlı milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim 37 günlük aclıq aksiyasından sonra sağlamlıq durumunun pisləşməsi səbəbindən xəstəxanaya köçürülüb.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.
Bildirilib ki, “hələlik milli fəalın durumu ilə bağlı məlumat yoxdur. Bu da onun ailəsinin narahatlığına səbəb olub. Əbdüləziz Əzimi Qədim aclıq aksiyasından sonra təxminən 20 kilo arıqlayıb və təzyiqi aşağı olduğu üçün dəfələrlə həbsxananın tibb məntəqəsinə aparılsa da, dərman qəbul etməkdən imtina edib”.
İlk şərhi yaza bilərsiniz