Press "Enter" to skip to content

4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirib

4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirib

BAYRAQDAR MEDİA – Oktyabrın 10-u 2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “4 gün həmin şöbədə komada qalan hamilə pasiyent şöbə müdiri Gülnar Süleymanova və digər həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb”.

Sonra xəbərdə, “aprelin 7-si 2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib. Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.