Press "Enter" to skip to content

Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki Tvardovski meydanında “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərginin açılışı keçirilib. Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov çıxış ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, “səfir Nərgiz Qurbanova çıxışında Qərbi Azərbaycanın tarixi, Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalmaları və mədəni irsinin məhv edilməsi haqqında ətraflı məlumat verib. Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının qayıdışa sülh yolu ilə nail olmağa çalışdığını bildirən Q.Məmmədov dünya dövlətlərini sülh, barışıq və ədalətə xidmət edən bu haqq işinə, eləcə də Qərbi Azərbaycan mədəni irsinin bərpası və qorunmasına dəstək verməyə çağırıb”.

Məlumata görə, açılışda Polşada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, dini icmalarının nümayəndələri və Azərbaycan diasporu fəalları iştirak edib: “Sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, o cümlədən, tarixi sənədlərin surətləri, Qərbi Azərbaycanın məşhur mədəniyyət xadimlərinin fotoları və yaradıcılıq nümunələrinin təsvirləri, deportasiya səhnələri və dağıdılmış abidələrin fotoşəkilləri nümayiş olunur. Sərgi 28 aprel 2025-ci ilədək davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.