BAYRAQDAR MEDİA – Bolqarıstan və Türkiyə “Botaş”la müqavilə ilə bağlı mövqelərini yaxşılaşdırmaq üçün imkanlar axtarırlar.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Bolqarıstanın energetika naziri Jeço Stankov və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mayın 2-dək Bolqarıstanın “Bulgargaz”, “Bulgartransgaz” və Türkiyənin “Botaş” şirkətləri arasında təbii qaz sazişi ilə bağlı mövqelərin yaxşılaşdırılması imkanlarının qiymətləndirilməsi barədə razılığa gəliblər. Jeço Stankov və həmkarı Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısına qatılıb”.
Məlumata görə, görüş çərçivəsində hər iki nazir öz ölkələrindəki şirkətlərə sazişin həm Bolqarıstan, həm də Türkiyənin maraqlarına uyğun işləməsi variantlarını hərtərəfli qiymətləndirməyi tapşırıblar: “Energetika naziri Stankov “Türkiyə tərəfi diversifikasiya və enerji təhlükəsizliyi ilə bağlı prioritetlərimizi yerinə yetirməkdə bizim strateji tərəfdaşımızdır. Energetika sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi həm ölkəmizdə, həm də cənub qonşumuzda rəqabətqabiliyyətli enerji sektorunun inkişafına böyük töhfə verəcək” deyib”.
İki nazirin görüşündə Qara dənizdə neft və təbii qaz kəşfiyyatı fəaliyyətləri də müzakirə edilib.
İlk şərhi yaza bilərsiniz