BAYRAQDAR MEDİA – Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.
İlk şərhi yaza bilərsiniz