BAYRAQDAR MEDİA – Aprelin 9-da mədəniyyət naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın müraciətləri dinlənilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “sözügedən Nazirlikdə keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub”.
Ardınca xəbərdə, “hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb. Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz