Press "Enter" to skip to content

“Düyməcik” tamaşasının məşqləri yekunlaşır

"Düyməcik" tamaşasının məşqləri yekunlaşır

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Düyməcik” tamaşasının məşqləri bitmək üzrədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “aprelin 19-da premyerası nəzərdə tutulan tamaşa danimarkalı yazıçı Xristian Andersonun eyniadlı əsəri əsasında hazırlanır. Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir. “Düyməcik”də rolları Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova ifa edirlər. Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.